İranlı texnoloqlar qan şəkərinin analitik skan edilməsi üçün proqram hazırlayıblar. Artıq xəstə tərəfindən şəkərin yazılmasına ehtiyac yoxdur. Bu layihə BRİKS Qadın İnnovativ Şirkətləri tərəfindən seçilib.
Diabetli insanlar çox vaxt qan şəkərinin dəyişməsi və aşağı düşməsi ilə qarşılaşırlar. İranlı tədqiqatçılar yeni qan şəkərinin analitik skan edilməsi texnologiya ilə qan şəkərinin dəyişməsinin qeyd edilməsində mühüm addım atıblar. Bu texnologiya qan şəkərinin miqdarının xəstə tərəfindən yazılmasına ehtiyac olmadan qan şəkəri ilə bağlı məlumatları, həmçinin xəstənin qan şəkərinin analizi və praktiki hesabatlarını əldə etməyə kömək edir.
Həmin hesabatlar xəstəyə və həkimə qanda şəkərin vəziyyətini tam formada analiz etməyə kömək edir. Cihaz 880 qan şəkəri testini daxili yaddaşda saxlamaq qabiliyyətinə malikdir.
Şirkətin baş direktoru Məhoş Abyari verdiyi müsahibədə deyib: Şirkətimiz 2006-cı ildə yaradılıb və diabet sahəsində fəaliyyətə başlayıb. 2021-ci ilə qədər qan şəkərini ölçən cihazı müxtəlif ölkələrdən gətirirdik. Amma 2021-ci ildə idxal məhdudlaşdığına görə, biz bu cihazı İranda istehsal etdik.
Abyari bildirib: Qan şəkərini ölçən cihazın istehsalı özü-özlüyündə cəlbedici deyil. Biz qan şəkərinin analitik skaniyası adlı proqram hazırladıq ki, bu da həkimə xəstənin orta qan miqdarını bilməsinə yardımçı olur və artıq bu proqramla xəstənin qan şəkərini yazmasına ehtiyac yoxdur. Xəstə tərəfindən şəkər yazılan zaman bəzi yüksək şəkərlərin yazılmaması və həkimin bundan xəbərsiz olması mümkündür.
Bu fəal texnoloq məhsulun təfərrüatları barəsində deyib: Bu cihazın 880 yaddaşı var. Bütün şəkərlər heç bir əl müdaxiləsi olmadan yalnız NFC vasitəsilə əldə edilir. Beləki, cihaz mobil telefona qoşulur və qan şəkəri cihazında olan bütün məlumatlar mobil telefona ötürülür. Bununla da xəstənin bir cədvəli olur.
Abyari, həmçinin bildirib: Telefon üzərində olan bu cədvəllər həkimə xəstənin məsələn, hansı saatlarda şəkərinin aşağı düşdüyünü, hansı saatlarda şəkərinin yaxşı olduğunu və hansı saatlarda şəkərinin qalxdığını göstərir. Bu, xəstənin üç aylıq orta şəkərinin müəyyən olunmasına çox kömək edir. Həkim də öz növbəsində xəstəyə rahatlıqla dərman yaza bilir.
O, sonda qeyd edib: Biz ölkədə bu məhsulun ilk istehsalçısıyıq. İranda Bu qan şəkərinin analitik skan edilməsi yalnız bizim şirkətin məhsuludur və deyə bilərəm ki, dünyada hələ heç kimdə bu proqram yoxdur.