Yerli texnologiya ilə FIFA tərəfindən təsdiqlənmiş süni ot örtüyü hazırlanıb

İranın elm təməlli şirkətlərindən biri FİFA kimi beynəlxalq idman təşkilatları tərəfindən təsdiqlənmiş xüsusi formula və dizayna malik süni ot örtüyü istehsal etməyi bacarıb.

Xarici KİV-in verdiyi məlumata əsasən, bu elm təməlli şirkət yerli və akademik mütəxəssislərdən faydalanaraq və geniş araşdırmalardan sonra müxtəlif idman növləri üçün istifadə oluna biləcək şəkildə süni otların hazırlanmasını layihələndirə bilib. Bu dəyişikliklərə otun görünüşünün, diametrinin, uzunluğunun, fiziki, mexaniki və kimyəvi xüsusiyyətlərinin layihələndirilməsi daxildir.

Son iki ildə bu şirkət məhsulun formulunu optimallaşdırmış, keyfiyyət parametrlərini davamlı olaraq təkmilləşdirmiş və digər idman növləri və müxtəlif iqlim bölgələri (tropik, soyuq və mülayim) üçün yeni dizaynlar təqdim etmişdir.

10 ildən artıq təcrübəyə malik olan və məhsullarının keyfiyyətinə güvənən bu elm təməlli şirkət qlobal bazarlara da çıxıb və Xəzər dənizi ölkələrindən Fars körfəzinə qədər müştəriləri cəlb edib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir