İranın elm təməlli şirkətlərindən birinin mütəxəssisləri yoxlama və müxtəlif əməliyyatlar aparmaq qabiliyyətinə malik “uzaqdan idarə olunan sualtı qayıq” (Zəhpad) istehsal etməyə müvəffəq olublar.
Müxtəlif növ insanlı sənaye sualtı qayıqlar mövcuddur və son on illiklərdə əhəmiyyətli dərəcədə inkişaf etmələrinə baxmayaraq, bu sualtı cihazlarda insan olduğuna görə onlardan istifadənin təhlükələrini görməməzlikdən gəlmək olmaz. Bu arada, dənizlərdə ROV (Remotely Operated Vehicle) adı ilə tanınan və farsca “uzaqdan idarə olunan sualtı qayıq” mənası verən və qısa olaraq “Zəhpad” adlandırılan robotlar fəaliyyət göstərirlər.
Zəhpadlar yerin üstündə olan insan qüvvəsinin köməyi ilə idarə olunurlar. Onlar proqramlaşdırılmış missiyalarda suyun dərinliklərində əməliyyatın bir hissəsini ağıllı və avtomatik şəkildə, bəzi hissəsini isə operator tərəfindən əl ilə idarə olunaraq həyata keçirməyə qadirdirlər. Elm təməlli şirkətlərindən biri 2015-ci ildən etibarən ökədə yerli sənayenin istehlakı üçün bu robotları istehsal edərək təqdim edir.
Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin açıqlamasına əsasən, bu şirkətin baş direktoru Seyid Milad Fəyyazi hal-hazırda dünyada Zəhpad robotlarının ən cox istfadə olunan sualtı qayıqlar olduğunu bəyan edərək, bu cihazların zahiri xüsusiyyətləri barəsində deyib: Uzaqdan idarə olunan sualtı qayıqların əksəriyyətinin ümumi görünüşü yumurta şəklindədir.
O, əlavə edib: Yumurtaşəkilli robotlar adətən hərbi fəaliyyətlər yaxud okean səyahətləri üçün istifadə olunur. Amma bizim fəaliyyət sahəmiz sənaye və sərbəst quruluşlu cihazlardır. Onlar layihə növünə uyğun olaraq hazırlanır və həmişə yumurtaşəkilli olmur, əksinə, struktur robotlar şəklindədir. Onların üstünlüklərindən biri müxtəlif ölçülərdə istehsal oluna bilmələridir. Bu məsələ xərclərin azaldılmasına səbəb olur və daha az yerə sahib olan mühitlərdə əməliyyat aparmaq imkanı yaradır.
Bu texnoloq deyib: Bu növ robotlar sənaye əməliyyatları icra etməkdən əlavə, hərbi əməliyyatlar da yerinə yetirmə qabiliyyətinə malikdirlər. O fəaliyyətlərdən dəniz minalarının zərərsizləşdirilməsi yaxud dənizdə minaqoyma qabiliyyətinə işarə etmək olar. Amma bizim yanaşmamız sənaye robotlarının inkişafıdır və yoxlanış xüsusiyyəti bizim bu robotlar üçün nəzərdə tutduğumuz öncül məsələdir. Yer səviyyəsindən aşağıdakı yoxlanışlar müxətlif sahələrdə baş verir. Məsələn, okeanların dibində cihazların quraşdırlması, neft və qazma sahələrində fəaliyyət göstərən şirkətlər üçün su altında kabel və boruların çəkilməsi.
Fəyyazi xatırladıb: Yoxlama modelli robotlar üzərlərində quraşdırılmış sensor və kameraların köməyi ilə kabel və boruların xarablığı və bu kimi işlərdə yoxlanış əməliyyatlarını yerinə yetirirlər. Amma işçi sinfi modelli robotlar yoxlama əməliyyatından əlavə, bir sıra əməliyyatlara da şamil ola bilərlər. Sərbəstlik dərəcəsi bu robotların bariz xüsusiyyətlərindən olub, onlara su altındakı dalğıc qədər güclü iş görməyə imkan verir.
O, sözlərinin davamında deyib: Bu robotların yüksək iş qabiliyyətini nəzərə alsaq, onlar qaynaq, kəsmək, əşyaları yerbəyer etmək və hətta suyun altında olan klapanları açıb-bağlanmaq kimi proseslərdə istifadə olunurlar. İşçi sinfindən əlimizdə olan robot iki robot qolu quraşdırmaq qabiliyyətinə malikdir.
Bu şirkətin baş direktoru, həmçinin bu robotların istifadə dərinliyi barəsində deyib: Yoxlama robotu 150 metr dərinliyə enmə qabiliyyətinə malikdir və bizim işçi sinfindən olan robotumuz 400 metr dərinliyə enmək üçün dizayn olunub. Amma bu dizayn nominaldır. Çünki, Fars körfəzində belə bir dərinlik yoxdur. Beynəlxalq bazarlara çıxış ardınca olduğumuzdan, 400 metrlik işçi sinfindən olan robotun istehsalı mütəxəssislərin nəzərindədir.
Fəyyazi qeyd edib: Bu şirkət neft və qazma sənayesi ilə yaxından əməkdaşlıq edir. Buna görə də, şirkət texniki biliyinə yiyələndiyi texnologiyalardan bu sahədəki fəaliyyətlərdə asanlıq yarada biləcək digər cihazların inkişafı üçün istifadə edib.
O, həmçinin bildirib: Bu şirkətin digər məhsulu da bu texnologiyalardan biridir. Əslində, bir növ elektron göstəricidir və “Vira” adlanır. Vira gələcəkdə asanlıqla tapıla bilməsi üçün seçilmiş məxsus yeri nöqtə ilə kodlaşdırmağa qadirdir. Xüsusilə, bu göstəricinin enerji mənbəyi çox uzun ömürlüdür və təxminən 70 il dənizin dibində basdırıla və işarələmə əməliyyatını yerinə yetirə bilər.