Yuyucu vasitələrdə fosfat əvəzedicisinin ixtirası

Simnan Universitetinin Elm və Texnologiya Parkında yerləşən şirkətlərdən birinin mütəxəssisləri yeni bir ixtiranın qeydə alınmasına müvəffəq olublar. Bu ixtira bugün ekoloji narahatlıqlara görə əvəzləyiciyə ehtiyacı olan yuyucu vasitələr sənayesindəki fosfat üçün uyğun bir əvəzləyici kimi təqdim olunur.

Simnan Universitetinin Elm və Texnologiya Parkında yerləşən şirkətlərdən biri “Minerallardan istifadə edərək ion mübadiləsi qabiliyyətinə və yüksək kristalliyə malik 4A molekulyar ələkinin sintezi” adlı digər bir ixtiranın qeydə alınmasına nail olub.

Simnan Universitetinin Elm və Texnologiya Parkının müavini Əmin Canqurbani əldə edilən nailiyyətləri şirkətin idarəetmə və tədqiqat qrupunun gücünün və İranda nano sənayenin işıqlı gələcəyinə ümidbəxş olmasının göstəricisi olduğunu qeyd edərək deyib: Simnan Universitetinin Elm və Texnologiya Parkı öz missiyasına əsasən, həmişə texnoloqların inkişafı üçün lazım olan imkanların və infrastrukturların hazırlanmasına çalışır.

Şirkətin tədqiqat və inkişaf direktoru Məryəm Darayi yeni ixtiranın xüsusiyyətləri barədə deyib: 4 angstrom ölçülü zeolit məhsulu müxtəlif sənayelərdə müxtəlif istifadələrə sahib ola bilər. Bu məhsul bugün ekoloji narahatlıqlara görə əvəzləyiciyə ehtiyacı olan yuyucu vasitələr sənayesindəki fosfat üçün uyğun bir əvəzləyici kimi təqdim olunur.

O, əlavə edib: 4A sintez zeolit ekologiyanı sevən bir məhsul kimi tanınır və qranullaşdırılmış formada neft-kimya sənayesində yüksək istifadəyə malikdir.

Şirkətin tədqiqat və inkişaf direktoru, həmçinin bildirib: Bu məhsulun çox hissəsi hal-hazırda neft-kimya sahəsinə xaricdən gətirilir. Nano Compound Seman Dara Şirkəti bu məhsulu istehsal etməyə və lazımı sınaqları həyata keçirməyə müvəffəq olub. Biz məhsulun yaxşı performansını nəzərə alaraq, onun əqli mülkiyyət qeydiyyatı və patenti üçün müraciət etdik və Allah qoysa, təkmilləşdirici sınaqlar bitdikdən sonra bazara çıxarılacaq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir